Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Bülənt Arınç “Habertürk” telekanalında Mehmet Akif Ersoya müsahibəsində maraqlı faktlar açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, canlı yayımda ana müxalifət partiyasının 31 mart sçekilərində üstünlüyü ələ almasını CHP lideri Özgür Özələ bağlayıb.
Keçmiş spiker daha sonra heç yerdə dilə gətirmədiyi hadisəni nəql edib və özünü Özgür Özələ mənəvi borclu olduğunu etiraf edib.
“O, mənim qəhrəmanımdır" deyən Bülənt Arınç bildirib ki, vaxtilə arvadının əmisi oğlu, Manisa şəhər səhiyyə idarəsinin rəhbəri olan Ziya Tay FETÖ istintaqı çərçivəsində tutulub: "Ziya bəyin atası, yəni, xanımımın əmisi Halit Tay 2016-cı ildə infarkt keçirərək dünyasını dəyişdi. Ziya Tayı onun yasına iznli buraxdılar. Özgür Özəl Manisadan o zaman deputat idi. Dəfn mərasiminə o da gəlmişdi. Mən bunları indiyə qədər heç yerdə deməmişəm. Manisada AK Partiyadan 5 millət vəkili vardı, heç biri yoxdur. İkisi də əlindən tutub millət vəkili etdiyim adamlar idi. Biri də o kəndin uşağı olub. Heç biri yox idi. Prokuror, vali də onlar kimi qaçıb gizlənmişdi. Bunlar mənmlə də bir yerdə görünməkdən o qədər qorxurdular ki...
Ancaq müxalifətçi millət vəkili Özgür Özıl gəldi, yanımda durdu. Sonra imamı gətirdilər cənazə namazı üçün. Baxdım ki, ziya tayın əli qandalldıır. Jandarmaya dedim ki, yahu, bu, əliqandalı necə Allahu-Əkbər deyəcək? 30 nəfərsiz, harada qaçacaq? Niyə qaçacaq?! Açın qandallı, imkan verin, atası ilə vidalaşsın. Dedilər, əfəndim, edə bilmərik, belə təlimat verilib.
Bu zaman Özgür Özıl araya girdi. Mənə dedi ki, Bülent bəy, siz qarışmayın, yoxsa məsələni başqa yerə çəkə bilərlər. Mən həll edəcəm. O, elə dəfn mərasimində prokurora və başqa yerlərə zəng etdi, mübahisə etdi və nəhayət, qandallı açdırdı. Bəli, o vaxtdan o, mənim qəhrəmanımdır. Özgür Özəl mənim haqqımı qorudu. Bunu unutmayacağam”.
Firudin Səfərli
MİA.AZ