Türkiyə prezidenti və eyni zamanda, AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın ana müxalifət partiyası olan CHP lideri Özgür Özəllə görüş tarix müəyyənləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar mayın 2-də bir araya gələcəklər.
Görüş Ankarada - Beştepedəki Prezident Külliyesində keçiriləcək.
Məlumata görə, tərəflər ölkənin daxili və xarici siyasətindəki fikir ayrılıqlarını müzakirə edəcəklər.
Zülfiyyə
MİA.AZ