Türkiyə kəşfiyyatı İraqla sərhəddə terror hücumuna hazırlaşan 15 PKK-lını zərərsizləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların aralarında təşkilatın liderlərindən də olub.
Məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurk bölgəsində son iki gündə ardıcıl əməliyyatlar həyata keçirib: "MİT planlaşdırılmış əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinə və sərhəd zastavalarına qarşı əməliyyata hazırlıq mərhələsində olan 15 nəfərdən ibarət terror qruplaşmasını məhv edib".
Samir Musayev
MİA.AZ