Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Edinburqda keçirdiyi mətbuat konfransında Həmzə Yusifin özü açıqlama yayıb.

O, bildirib ki, yeni baş anzir seçkisinədək vəzifəsini icra edəcəyini də szlərinə əlavə edib.

Xatırladaq ki, 2023-cü il martın 27-də Şotlandiyanın keçmiş regional baş naziri və SNP lideri Nikola Sturgeonun istefasından sonra başlayan liderlik yarışında qalib gələn Yusuf iki gün sonra and içərək vəzifəsinin icrasına başlayıb.

O, Şotlandiya tarixinin ilk müsəlman baş naziri olub. 

Həmzə Yusifin atası pakistanlıdır. O, 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.

Lamiyə Əhmədli

MİA.AZ