Dünyanın bir çox ölkələri qızılca epidemiyası ilə bağlı həyəcan təbili çalır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Nigeriyada qızılca epidemiyası vahimə yaratmağa başlayıb.
Məlumata görə, son sutkada Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcaya yolxumuş 19 uşaq ölüb.
Adamava əyalətinin səhiyyə idarəsinin rəisi Feliks Tanqvami bildirib ki, bölgədə azı 200-dən çox uşaqda qızılca aşkarlanıb: "Onlardan arasınd avəziyyəti ağır olanlar az deyil. Hazırda bölgəyə əlavə tibbi heyət və dərmanlar göndərilib, vəziyyəti nəzarətə götürməyə çalşırıq".
Tahir Şəlvəli
MİA.AZ