Türkiyə superliqasının son turunda "RAMS Başakşehir"ə 2:1 hesabı ilə uduzan “Atakaş Hatayspor”un baş məşqçisi Volkan Dəmirəl istefa verməyə hazır olduğunu bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransında açıqlama verən Dəmirəl birinci liqaya yuvarlanmaq təhlükələrinin güclü olmasına diqqət çəkib: "Evimizdə sıfır xalla növbəti həftəyə keçirik. Məsuliyyət mənim üzərimdədir. Biz bacardığımız qədər liqada qalmaq üçün mübarizə aparacağıq. Əgər bu komanda birinci liqaya düşəcəksə, təkrar edirəm, bunun da məsuliyyət mənimdir. Təbii ki, indidən heç nə demək olmaz. ancaq hər kəıs bilir ki, bizdə futbolda oyuna, real vəziyyətə, komandanın durumuna deyil, konkret nəticəyə baxırlar. Halbuki, futbolumuzdan böyük problemlər var, ancaq bunu danışmaqdan qorxuruq. Bir daha deyirəm, mən arxada gizlənmirəm. Əgər bu komanda yıxılacaqsa, bütün məsuliyyəti daşıyıram. Əslində, oyunçular, personal, klubda hər kəs nə baş verdiyini bilir. Açığı, istefa vermək istəyirdim, əgər kimsə qalan 4 matçın altına girmək istəsəydi, gedərdim də. Amma olmadı. Niyə olmadı, bax, bunu yeri gələndə danışarıq. Amma mən burada olduğum müddətdə bu komanda ilə ən yaxşısını etməyə davam edəcəyik. Düzdür, mənə "Get" deyərlərsə, başım dik şəkildə gedərəm. Hətta komanda biirnci liqayada yuvarlansa belə, yenə başım dik, alnım açıq olacaq. Çünki məndə, futbolçular da buna layiqdir...".

Fərid

MİA.AZ