Türkiyə super liqasında "Fatih Karagümrük"ə 4:1 hesabı ilə uduzan "Antalyaspor"un baş məşqçisi  Sergen Yalçın məğlubiyyətin səbəbini zədəli oyunçuların çoxluğu ilə əlaqələndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 10 əsas oyunçunun yoxluğu ilə meydanda mübarizə apardıqlarını deyib: "Üstəlik, çox erkəndən 10 oyunçu ilə qaldıq. Artıq bu oyunu unudub, "Pendikspor" matçına köklənəcəyik".

Sergen Yalçın sosial mediada texniki heyət və futbolçuların maaşlaırnın verilməməsi barədə iddialara da aydınlıq gətirib: "Əgər bir söz ki, mənim ağızımdan çıxmayıbsa, inanmayın. Ödənişlərdə problem yoxdur. Mənim və köməkçilərimin ödənişləri vaxtında verilir. Futbolçuların ödənişləri də 1-2 ay gecikmə ilə ödənilir. Artıq bu, Türkiyədə adi haldır. Bunu oyunçular da bilir və qəbullanıb. Komandada maaşa görə problem olduğunu düşünmürəm. Oyunçular ürəklə məşq edir, oynayırlar...".

Baş məşqçi birinci liqaya yuvarlanma təhlükəsi olmadığını da əminliklə söyləyib: "Bu aşağı liqa mübarizəsini 2 ay əvvəl bitirdik. İndi geridə qalan 4 həftədə sıralamaya görə oynayacağıq. 45 xalla aşağı liqaya düşməyimiz mümkün deyil".

Fərid

MİA.AZ