"Azərbaycanın mülki əhalisi, demək olar ki, hər gün Ermənistan tərəfindən yerləşdirilmiş milyonlarla mina ilə üzləşir".
Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında yazıb.
H.Hacıyev əlavə edib ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb.