CHP-nin Şanlıurfadan deputatı olan Mahmud Tanal Şanlıurfa və Mardində tez-tez elektrik kəsilməsinin dözülməz hal almasından şikayətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, deputat buna etiraz olaraq nazirliyin qarşısında oturaq aksiya keçiriib.

Enerji və Təbii Sərvətlər Nazirliyi qarşısında oturaq aksiyaya başlayan deputat bildirib ki, elektrik qurumunun bir nəfərə görə bir kəndi və ya bir kəndə görə 10 kəndi cəzalandırması nə qanunla, nə də mənəvi haqla qəbul olunandır: "10 evin borcu varsa, o kənddən əvvəlki kəndlərin də işığı kəsilir. Belə kollektiv cəza olarmı? 

Artıq Şanlıurfa və Mardində elektrik kəsilməsi halları artıb. Dəhşət budur ki, Şanlıurfadan Suriyaya pulsuz elektrik göndərilir, ancaq mənim minumum əmək haqqına möhtac qalan vətəndaşım qaranlıqda zülm çəkir. Problemlə bağlı elektrik idarələrinə zəng edirik, maraqlanmırlar. Vətəndaşlar acınacaqlı vəziyyətdədir, bu baxımdan səhərə kimi nazirliyin qarşısında oturaq aksiya keçirəcəm. Bəlkə o zaman vətəndaşların səsini azacıq da olsa eşdən olar..."

Tahir Şəlvəli

MİA.AZ