Mərkəzi Bankın ehtiyatları bir həftə içində azalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank (TCMB) son statistik hesabatı açıqlayıb.
Bankdan bildirilib ki, valyuta ehtiyatlarə son bir həftədə (19 aprel -26 aprel aralığı) 2 milyard 162 milyon dollar "əriyib": "Hazırda Mərkəzi Bankın valyuta ehtiyatı 126 milyard 284 milyon dollara geriləyib".
19-26 aprel aralığında isə Mərkəzi bankın qızıl ehtiyatı artıb: "Bu dövrdə qızıl ehtiyatları 827 milyon dollar artaraq 58 milyard 446 milyon dollardan 59 milyard 273 milyon dollara yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ