CHP sədri Özgür Özelin prezident Ərdoğanla görüşü qardaş ölkədə böyük müzakrəyə səbəb olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanınsabiq sədri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu CHP-nin hazırkı sədri Özgür Özəldən Ərdoğanla görüməməyi tələb edib.
O, Özgür Özelə xitabən deyib: “Sarayla danışıqlar deyil, mübarizə aparmalısan. Ərdoğan tarixininin ən ağır dövrünün məsuliyyətlərini üzərinə götürəcək tərəfdaş axtarır. O, iqtisadiyyatla bağlı daha sərt qərarlar verəcək. İşsizlik və yoxsulluq artacaq, dollar bahalaşacaq. Heç kim Ərdoğanın edəcəyi bu cinayətin iştirakçısı olmamalıdır".
Kılıçdaroğlu Ərdoğanın konstitusiyanı dəyişmək niyyətini də "topa tutub": "Konstitusiya dəyişikliyi ilə bağlı nə ediləcək? "Dəyişikliklər edəcəyəm" deyir. Zatən, bu ölkədə inyə qədər nə dəyişiklik olubsa, hamısı Ərdoğanın keyfi ilə baş verib. Axə nəyi dəyişəcəksən? Nə üçün dəyişəcəksən? Orada daha hansı müddəadan qorxursan?".
Kılıçdaroğlu "Sözcü" qəzetinin "31 martdan sonra qütbləşmə yumşalmağa doğru getdi. Bu yaxşı deyilmi?" sualına belə cavab verib: "Qütbləşmədən çıxış yolu millətin firavanlığından keçir. Ya millətin tərcüməçisi olacaqsan, ya da...
Pensiyaçıların, fəhlələrin, məmurların, milyonlarla işçinin problemlərini dilə gətirəcəksən, onları həll edəcəksən. O zaman qütbləşmə öz-özünə bitəcək. Ancaq mən deyiərəm, bilirəm ki, Ərdoöğan daha radikal qərarlara hazırlaşır. Onun qərraları iqtisadi sahədə dözülməz vəziyyət yaradacaq, işsizlik daha da artacaq. Ərdoğan da bu yükün altına girəcək ortaq axtarır! Bəli, o, məsuliyyətləri bölüşəcək tərəfdaş gəzir. Axı onunla nəyi müzakirə edəcəyik? Siz kimin nümayəndəsini təmsil edirsiniz? CHP millətin nümayəndəsidir. Biz xalqın problemlərini həll etmək üçün siyasət aparırıq, sarayın problemlərini həll etmək üçün yox. Ərdoğanın suçlarına heç kim tərəf olmamalıdır...".
Tahir Şəlvəli
MİA.AZ