TRT 1-də yayımlanan "Gönül Dağı" serialının çəkiliş meydançasında rüsvyşı hadisə baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialda saç ustası köməkçisi işləyən 21 yaşlı Zeynep Çetinkayanı makiyaj ustalarının rəhbəri Kardelen Özbek zorlamağa çalışıb.
Türkiyə mətbuatı yazır ki, 21 yaşlı qız bununla bağlı serialın çəkilişini həyata keçirən şirkətə şikayət edib: "Lakin onlar makyaj şefini cəzalandırmaq əvəzinə. Zeynepi işdən çıxarıblar."
Məlumata görə, film və seraillardakı belə rüsvayçılıqlara qarşı pulsuz hüquqi yardım həyata keçirən "Sinema TV" birliyi Zeynepin məhkəmədə iddia qaldırmasına dəstək verib: "Nəticədə məhkəmə cinsi təcavüz və istismarla bağlı iddianı araşdıraraq, Kardelen Özbekin cəzalandırılmasına qərar verib..."
Xəbərdə ona hansı cəzanın verilməsi gizli saxlanılıb...
Ləman
MİA.AZ