ABŞ Suriyadakı hərbi bazalarını gücləndirməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ ordusu Suriyanın Həsəkə vilayətində PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

Məlumata görə, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Hesekiyə daxil olub: "Yanacaq tankerləri, tibbi ləvazimat və sursat yüklənmiş hərbi maşınlardan ibarət karvanın bir hissəsi isə şimal-qərbdəki Tel Beyder bazasına doğru yönləndirilib".

Xatırladaq ki, 2019-cu ilin oktyabrından ABŞ əməliyyat bölgəsindəki bazalarını əsaəsn neft yataqları ilə zəngin bölgələrə köçürməklə möhkəmlədib. 

Zülfiyyə

MİA.AZ