Nigeriyanın Niger əyalətində leysan yağış və fırtına həbsxananın bir hissəsini uçurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyə Nazirliyinin sözçüsü Adamu Duza açqılama verib.
Onun sözlərinə görə, dünən baş verən hadisədən istifadə edən 119 məhbuz qaçıb: "Təhlükəsizlik qüvvələrinin operativ əməliyyat-axtarış tədbirləri nəticəsndə indiyədək 10 məhbus saxlanılıb, qalanlarının axtarıçı davam edir".
Zülfiyyə
MİA.AZ