"Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar".
Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Baku TV”nin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır: “Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”(Report).
XİN rəsmisi bildirib ki, Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.
Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq”.
MİA.AZ