Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Şimali Koreyanin Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsində ikitərəfli münasibətləri gücləndirməklə yanaşı, həm də Şimali Koreya lideri Kim Çen Inın diplomatik təcriddən çıxmaq üçün ABŞ-a qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışması kimi dəyərləndirilib.
Samir Musayev
MİA.AZ