400-dən çox radikal yəhudi bu gün "Məscidül-Əqsa"ya basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail polisinin qoruması altında 420 "fanatik" (radiukal dinçi)  yəhudi işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən "Məscidül-Əqsa"nın həyətinə daxil olub.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, 420-dən çox yəhudi "Məscidül-Əqsa"nın cənub-qərbindəki Əl-Məğaribə (Mərakeş) qapısından Hərəmi-Şərifə giirblər: "İsrail polisinin mühafoizəsi altında onlar Hərəmi-Şərifin həyətində dolaşdıqdan sonra "Məscidül-Əqsa"nı tərk ediblər. Eyni hal bir neçə saat sonra da davam edib".

Məlumatda deyilir ki, aprelin 22-də başlayan və aprelin 30-u axşama qədər davam edəcək Pasxa Bayramı ilə əlaqədar fanatik yəhudilərin Məscidül-Əqsaya basqınlarını artırması gözlənilir.

Firudin Səfərli

MİA.AZ