Müsavat Partiyası növbəti qurultaya hazırlaşır.
Mia.az xəbər verir ki, bu barədə Müsavat Partiyası məlumat yayıb.
Qeyd edilib ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək: "Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib".