HƏMAS-ın hərbi qanadı "Qassam tuqayları" İsrailin danışıqları pozmaqda ittiham edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda qruplaşmanın sözçüsü Abu Ubeyde açıqlama verib.
İsrailin Qəzzaya hücumundan 200 gün ötdüyünü xatırladan sözçü bildirib ki, bu müddət ərzində İsrail hədəfinə yetişə bilməyib: "Düşmən Qəzzada ilişib qalıb. Hazırda sıxışmış vəziyyətdə çabalayırlar. Müharibənin başlanmasından ötən 200 günə baxın, geriyə ancaq minlərlə ölüm, dağıntılar və qətllərdən başqa heç nə yoxdur. Onlar heç nə edə, heç nəyi dəyişə bilmədillər. Əksinə, indi ortada qalıblar. Və bu səbəbdən danışıqları, dialoqu hər vəhclə əngəlləyirlər. Çünki atəşkəs rejimində İsrailin törədikləri qarşısıalınmaz və tam şəkildə ortaya çıxacaqdır".
HƏMAS rəsmisi daha sonra bildirib ki, İsrailin həyata keçirdiyi amansız hücumlar onları qətiyyən yollarından çəkindirə bilməz: "Fələstin xalqının hüquqlarını qorumaq əzmini nöəinki qıra bildilər, əksinə daha da gücləndirdilər. Onlar burada məğlub olacaqlar...".
Tahir Şəlvəli
MİA.AZ