Bu gün Milli Məclisdə "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sün torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsidə iki deputat arasında gərginlik yaranıb.
Miaa.z xəbər verir ki, layihəyə əsasən, dənizdə yaradılacaq süni ada (torpaq sahəsi) sonra o dövlətin mülkiyyətinə keçəcək.
Bu fakt Deputat Qüdrət Həsənquliyevi narazı salıb: "Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, dövlət deyir sən yaratdığını mənim mülkiyyətimə verməlisən. Bu baxımdan həmin müddəa layihədən çıxarılmalıdır".
Deputat Tahir Mirkişili isə deputat həmkarınn iradı ilə razəlaşmayıb: "Süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır. Bu, dünyanın hər yerində belədir".
Qüdrət Həsənquliyev bir daha bununla razılaşmayıb: "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi. Bir çox ölkələrdə adalar satışa çıxarılır. Nəyin ki, süni adalar, təbii adalar. İtaliyada Neapol şəhərində mənə göstərdilər ki, adanı bir nəfər alıb və orada mənzil tikib. Beynəlxalq təcrübəyə istinad edirsinizsə, onu diqqətlə öyrənmək lazımdır".