Belçikada terror təşkilatı PKK-nın televiziya kanallarında əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Belçika federal polisi ölkənin Flamand bölgəsinin Denderleu qəsəbəsində yerləşən və terror təşkilatı PKK-nın təbliğatını aparan "Sterk TV" və "Medya Haber TV"nin ofislərində axtarış aparıb.

Məlumata görə, 5 saatdan artıq çəkən əməliyyatda ofislərdə olan bəzi kompüterlər və çoxlu sənədlər götürülüb.

Xatırladaq ki, PKK/YPG-nin 150-yə yaxın tərəfdarı martın 25-də Brüsseldə Avropa Parlamentinin qarşısındakı barrikadaları sökərək polisə hücum edib. Onlar əvvəlcə Türkiyənin Brüssel səfirliyinin yerləşdiyi küçəyə, daha sonra Aİ-nin qurumlarının yerləşdiyi Şuman meydanında təxribatlar törədiblər.

Belçikanın Baş naziri Alexander De Croo deyib ki, "PKK terror təşkilatının təxribatına dözmək olmaz".

Firudin Səfərli

MİA.AZ