Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.
Məlumata görə, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.
Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib(Report).