İsrail ordusunun kəşfiyyat idarəsinin rəisinin istefasından sonra daha bir yüksək rütbəli hərbçi istefa siqnalı verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Bildirilib ki, Mərkəzi ordu komandanı Yehuda Foks avqust ayında vəzifədən gedəcəyini rəsmən bəyanlayıb: "O, artıq istefa ərizəsini Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib".

Məlumatda onun istefa səbəbi haqda hər hansı bilgi verilməyib.

Tahir Şəlvəli

MİA.AZ