CHP-nin 31 martda keçirilən bələdiyyə seçkilərində 37,7 faizlə ən çox səs toplaması Türkiyədə digər partiyalarda da sədr dəyişikliyini "tətikləyib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İYİ Partiya və DEVA-dan sonra Səadət Partiyasının da qurultaya qərar verib.
Məlumata görə, 82 yaşlı sədr Temel Karamollaoğlu qurultay qərarını elan etməklə yanaşı, bir daha 8 il sədri olduğu partiya liderliyinə iddialı olmayacağını bəyan edb.
Türkiyə mətbuatı yazır ki, Temel Karamollaoğlunun postuna artıq 5 nəfər iddiaçı var: "Səadət Partiyası sözçüsü, İstanbuldan deputat Birol Aydın, Kayseridən deputat Mahmut Arıkan, partiya sədrinin müavini Ömər Abdullah Ayhan, Karamollaoğlundan əvvəlki başqan Mustafa Kamalak və keçmiş millət vəkili Abdulkadir Karaduman artıq sədrliyə namizədliyini irıli sürəcəkləri sirr deyil...".
Lamiyə
MİA.AZ