Daha iki terrorçu Türkiyəyə təslim olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub.

Türkiyə mediasının iddiasına görə, hazırda onların ifadələri əsasında əməliyyat məlumatıları dəqiqləşdirilir.

Lamiyə

MİA.AZ