Yaponiyanın ordusuna məxsus iki hərbi helikopter Sakit okeanda təlim zamanı şübhəli şəkildə okeana düşüblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hələlik qəza kimi açıqlanan hadisədə bir hərbçinin cəsədi okeandan tapılsa da, 7 nəfərin taleyindən xəbər yoxdur: "Yaponiyaya məxsus hər birində 4 ekipaj üzvü olan iki hərbi helikopter Sakit Okeanda keçirilən təlim zamanı qəzaya uğrayıb. Həmin SH-60K tipli helikopterlərdən biri ilə yerli vaxtla saat 22.38, digəöri ilə isə 23.04-də əlaqənin kəsilib. Hər iki SH-60K tipli helikopterlərin qalıqları bir-birlərinə çox yaxın ərazidə tapılıb. Axtarış zamanı hərbçilərdən cəmi bir nəfərin cəsədi tapılıb. İtkin düşən 7 nəfərin axtarışları isə davam edir".
Yaponiya mətbuatı Müdafiə Nazirliyinə istinadla hadisənin qəza olma ehtimalının daha qüvvətli olmasını açıqlayıb: "Hadisə daha dərindən araşdırlır".
Zülfiyyə
MİA.AZ