Vaxtilə TV8-də yayımlanan "İştə mənim stilim" modellik yaraşması ilə məşhurlaşan model Yağmur Taktaş ABŞ-da öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən qətlə yetirildiyi deyilir.

Hələlik bu iddia və qətlin təfərrüatı rəsmən təsdiqlənməsə də, modelin nəşinin Türkiyəyə - doğulduğu Adana şəhərinə gətirilərək dəfn olunduğu bildirilib.

Türkiyə mətbuatı yazır ki, modelin vəfatından qısa müddət sonra keçmiş sevgilisi onun "İnstagram"dakı səhifəsini də ələ keçirərək, təəccüb yaradan daha bir hərəkət edib: "O, Yağmur Taktaşın İnstaqram hesabındakı profil şəklini dəyişərək "vampir" fotosu yerləşdirib...".

Ləman

MİA.AZ