Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində DEM Partiyasının namizədinin qalib gəldiyi Diyarbəkir böyük şəhər bələdiyyəsinin məclis salonunda Türkiyə bayrağı götürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kürdlərin kompakt yaşadğı şəhərdə üstünlüyü ələ alan DEM partiya məclis üzvlərinin fəaliyyətə başlayar-başlamaz bayraqla bağlıı verilən qərar ölkədə böyük narazılıq yaradıb.

Məlumata görə,  ölkə mətbuatı və sosial media istifadəçiləri salonda bayarq olarkən və daha sonra bayraqsız fotolarını yan-yana qoyaraq DEM partiyanın PKK terror qruplaşmasının siyası qolu olması barədə daha sərt iddialar irəli sürüblər.

Tahir Şəlvəli

MİA.AZ