İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında gərginlik böyüyür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail hərbçiləri Beyta qəsəbəsində reyd zamanı fələstinlilərə atəş açıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, nəticədə ikisi uşaq olmaqla, 3 nəfər yaralanıb: "Onlardan birinin durumu ağırdır...".
Firudin Səfərli
MİA.AZ