İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr bu gün başa çatıb.

Mia.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb(Report).