Xəbər verildiyi kimi, Müğənni İbrahim Tatlısəs oğlu Ahmet Tatlısəs və nəvəsi Mert Tatlısəs tərəfindən məhkəməyə verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar Tatlısəsdən miras tələb edirlər.

Oğlu Ahmet Tatlısəs və nəvəsi Mert Tatlısəslə davada olan İbrahim Tatlısəs isə bu iddiaya qəzəblənib.

O, TV-lərin birində bu barədə danışıb: “Ahmet mənə dıi, ağlı başında olmayan deyərək böhtan atdı. düz 5 yerdən sağlamlıq arayışı aldım. Mən qane olmadım, məhkəmə tibb ekspertizasından da rəy aldım. Hakim dedi ki, "əqli cəhətdən sağlam deyilsə, necə 1500 mahnı oxuya bilər?" indi oğlum və nəvəm günlərini görəcək. O, ata-oğul münasibətinin necə olduğunu sərtliyini yaşayacaq".

Tatlısəs deyib ki, oğluna Bodrumda dörd ev verib: "Onu da geri alacağam. Əlbəttə,  oğlumdan imtina edə bilmərəm, amma mirasdan məhrum edəcəyəm. Mənim ona verdiyim yeddi dükanı artıq müflis edib, başqalarına verib. Bu günə qədər həmişə övladlarımın, nəvələrimin qayğısına qalmışam. Onların bütün evləri, maşınları alınıb, pulları da vaxtında verilib. İndi yeni evlər tikirəm, o mənzilləri də övladlarıma verəcəm. Amma Ahmet adam olmaz! Qardaşlarının əmlakına da çöküb, dağıdıb, yeyib. Artıq ona rahat həyat yoxdur".

Ləman

MİA.AZ