Keniyada yüksək rütbəli hərbçilərin olduğu helikopter qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəzada Keniyada baş qərargah rəisi Francis Ogolla və 10 yüksək rütbəli hərbçilər həlak olublar.

Rəsmi məlumata görə, qəzada daha 2 hıərbçi isə əağır yaralanıb.

Prezident Ruto qəza ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edib.

Lamiyə Əhmədli

MİA.AZ