UEFA Avropa Konfransı Liqasının 1/4 final mərhələsinin ilk matçında "Aston Villa"ya 2:1 hesabı ilə uduzan "Lill" revanş oyununda da İngiltərə komandasına "boyun əyib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 15-ci dəqiqədə "Lill"in türk oyunçusu Yusuf Yazıcı əla zərbə ilə hesabı açıb.
“Lill” 68-ci dəqiqədə Benjamin Andrenin başla vurduğu qola hesabı artırıb - 2-0.
Lakin "Aston Villa" 87-ci dəqiqədə Metti Keşin qolu ilə ümumi hesabda (3:3) tarazlıq yaradıb və oyun uzatmaya gedib.
Əlavə vaxtda heab dəyişməyib və qalib penaltilərlə müəyyən olunub.
"Aston Villa" penaltilərdə daha dəqiq oynayıb - 4:3.
Beləliklə, "Aston Villa" yarımfinalda "Fənərbağça" - "Olimpiakos" matçının qalibi ilə qarşılaşacaq.
Fərid
MİA.AZ