Türkiyə Super Liqasının 33-cü həftəsində "Atakaş Hatayspor"la "Biteksen Antalyaspor" arasında gərgin oyun keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Volkan Demirelin baş mşqçisi olduğu "Atakaş Hatayspor" 26-cı dəqiqədə Dele-Başirunun qolu ilə hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib.

Belə ki, Akdeniz komandası 67-ci dəqiqədə Adam Buksa, 90+2-ci dəqiqədə də Zymer Bytyqinin qolları ilə hesabı xeyrinə dəyişə bilib - 2:1.

Bununla da Sergen Yaılçının sükanı arxasında olduğu  "Antalyaspor" xallarını 45-ə yüksəldib. "Hatayspor" isə 33 xalla 18-ci - təhlükəli zolaqda qalıb. Əgər komanda qarşıda qalan 5 matçda qalib gələ bilməzsə, o zaman Volan Demirəlin komandası 1-ci liqaya  düşəcək.

Fərid

MİA.AZ