İsrail ordusu ilə Livanın cəınubuna məskən salan Hizbullah yaraqlıları arasında qarşılıqlı döyüş gün keçdikcə böyüyür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünəndən başlayaraq tərəflər bir-birlərinə tank, raket və aviasiya vasitələri ilə hücum edirlər.
İsrail ordsundan bildirilib ki, "Hizbullah"ın sərhəddə yerləşən Ərəb əl-Aramşe kəndini fasiləsiz atəşə tutmaqda davam edir: "Dünəndən bu günə qədər PUA və tank əleyhinə raketlə atəşlərin sayı artıb. Nəticədə 6-sı ağır olmaqla, ümumilikdə 19 hərbçimiz yaralanıblar".
İsrail ordusundan verilən məlumata görə, Hizbullaha adekvat sərt cavablar verilir.
Samir Musayev
MİA.AZ