Aprelin 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin, mayın 2-də isə “Muğanbank” ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət “Dəmir Bank”a məxsus “10-AH-773” dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” nəqliyyat vasitəsindən və “Muğanbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 66,5 kv.m.-lik və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 39 kv.m.-lik 4 saylı və 27,5 kv.m.-lik 9 saylı mənzillərdən gedir.
Əmlaklara müvafiq olaraq 31,5 min manat, 380 min manat və 400 min manat qiymət qoyulub.