Türkiyənin Zonquldakda qanunsuz mədəndə işləyən əfqan əsilli Vəzir Məhəmməd Nurtaninin yanmış meyiti qardaş ölkədə böyük müzakirəyə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vəzir Məhəmməd Nurtaninin cəsədinin dünın ortaya çıxan ekspertizası müzakirələri daha da qızışdırıb. Belə ki, eksperrtiza onun mədə, sol böyrəyi, bağırsaqlarını aşkarlaya bilməyib. Ekspertiza bunu meyitin daha çox yanması ilə əlaqələndirsə də, əfqanın arvadı və vəkilinin iddiaları xeyli suallar yaradıb.

Məlumata görə, Nurtaninin həyat yoldaşı ərinin ölümündən əvvəl ona "20 min dollara bir böyrəyimi istəyən var" deyib. Onun bunu polisə ifadəsində yazması isə Vəkil Kerim Bahadır Şekerin iddianı daha sərt qabartmasına səbəb verib: "Bu böyrəyə nə olub, haradadır? Bu böyrək tapılmadan hadisəyə obyektiv qiymət vermək olmaz...".

Xatırladaq ki, 10 noyabr 2023-cü il tarixində Kırat Məhəlləsi Koca Osman küçəsindən keçən insanlar meşədə yanmış cəsədi görüb. Meyitin qanunsuz fəaliyyət göstərən mədəndə işləyən Əfqanıstan əsilli 3 uşaq atası Vəzir Məhəmməd Nurtaniyə aid olduğu müəyyən edilib.  

İstintaq çərçivəsində Nurtaninin işlədiyi qanunsuz mədən sahibləri Hakan Körnöş, Enver Gideroğlu və Körnöşün əmisi oğlu Ahmet Aydın saxlanılıblar.

Tahir Şəlvəli

MİA.AZ