Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki,bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın iclasından sonra jurnalistlərə açıqlama verib.
O bildirib ki, ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfər boğularaq ölüb, Türküstan bölgəsində isə bir azyaşlı axara qapılaraq həyatı ilə vidalaşıb: "Abay vilayətində isə itkin düşən 2 nəfərin axtarışları davam edir".
Xatırladaq ki, daşqınlarla əlaqədar 8 rayonun 38 yaşayış məntəqəsində fövqəladə vəziyyət yaranıb: "İndiyədək daşqın zonalarından xilas edilənlərin sayı 117 min 694-ə çatıb. Onlardan 18 min 651-i evlərinə qayıdıb. Təxliyə edilənlərdən 6 min 887-si hələ də müvəqqəti yaşayış mərkəzlərində qalır. Bundan əlavə, 113 min 852 təsərrüfat heyvanı təhlükəsiz ərazilərə təxliyə edilib. Akmola, Aktobe, Atrau, Kostanay və Şimali Qazaxıstan vilayətlərində 5 min 718 evi su basıb. Ölkədə daşqınlarla mübarizəyə əsgərlər də daxil olmaqla 44 min 156 şəxsi heyət səfərbər edilib".
Zülfiyyə
MİA.AZ