"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib. Söhbətin videoyazısını baş nazirin mətbuat xidməti yayıb.

“Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - o bildirib(Report).

Paşinyan daha sonra bildirib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir:  “Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir".

MİA.AZ