Türkiyədə 31 mart bələdiyyə seçkilərindən 19 gün ötsə də, hələ də etirazlar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ana müxalifət partiyası olan CHP-nin Hatay şəhəri, Meral Akşenerin sədri olduğu İYİ Partiyasının isə Ordu şəhərində seçkilərin yenilənməsi tələbi ilə bağlı şikayətinı Yüksək Seçim Kurulu (YSK/MSK) cavab verib.

Məlumata görə, YSK qeyd edilən şəhərlərdə nəinki təkrar seçki tələbinə "hə" deyib, üstəlik, səslərin yenidən sayılması tələbini də rədd edib.

Beləliklə, hər iki şəhərdə seçkilərə etiraz qəbul olunmayıb.

Firudin Səfərli

MİA.AZ