Güclü yağış Körfəz ölkələri olan Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanıdadaşqınlara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Omanda bazar günündən yağan leysan yağışları Maskat, Şimali Əl Batina, Cənubi Əl Batina, Es Sharkiye, Ez Zahire və Ed Dahiliye olmaqla bir çox bölgəni su altına alıb. 

Oman Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin verdiyi açıqlamaya görə, nəticədə ən azı 18 nəfərin ölüb: "Onlardan 10-u tələbə olub. Onlar maşında boğulublar...".

Oman Kral Polisi və Oman ordusu daşqından zərər çəkmiş bölgələrə səfərbər edilib.

Zülfiyyə

MİA.AZ