"Yelo Bank" ASC 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, 2024-cü ilin birinci rübündə “Yelo Bank” 28% kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27.8% və ya 435.6 milyon manat azalaraq 1 milyard 130.8 milyon manata bərabər olub. Bankın aktivlərinin 71%-ni (802.5 milyon manat) müştərilərə verilmiş kreditlər təşkil edir.

Cari ilin üç ayı ərzində hüquqi şəxslər (şirkətlər) 500 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindən 3,4 dəfə və ya 506.8 milyon manat azalaraq 213,7 milyon manat olub.

Xatırladaq ki, bu bank Rusiyada yaşayan məşhur biznesmen Vahid Ələkbərovundur.

MİA.AZ