Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) güclü yağışlar həyatı iflic edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM məlumat verib.

Bildirilib ki, leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla, bir çox bölgələrdə çətin vəzyyətlər yaradıb: "Bəzi bölgələrdə daşqınlar baş verib, bəzi şəhərlərdə küçə və prospektlərdə su altında qalıb, iş yerlərini su basıb".

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan "Fly Dubai"dən isə bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv olunub, bir çox reyslər isə təxirə salınıb.

Məlumatda o da deyilir ki, ölkədə bütün futbol matçları da təxirə salınıb.

Zülfiyyə

MİA.AZ