Türkiyə dəniz polisi batmaq təhlükəsi ilə üzləşən qayıqdan 25 miqrantı xilas edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Muğlaya yaxın dəniz sahilinə yaxın ərazidə baş verib.
Məlumata görə, Türkiyə dıniz polisi batmaq üzrə olan gəmidə boğulmaq təhlükəsi ilə üzləşən olan 25 qanunsuz miqrantı çıxararaq müvafiq köç idarəsinə yönləndiriblər.
Xəbərdə deyilir ki, Afrika ölkələrinin vətəndaşları olan miqrantlar müvafiq sənədləşmələrdən sonra ölkələrinə etap olunacaqlar.
Firudin Səfərli
MİA.AZ