"Qalatasaray"ın gənc hücumçusu Barış Alper Yılmaz Avropa klublarının radarına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu Barış Alper üçün "Aston Villa"nın 18 milyon avroluq təklifini rədd edib.

Məlumata görə, klub 2024-cü il Avropa çempionatından sonra millinin də formasını geyinən hücumçunun ən az 25 milyon avroya satılacağını proqnozlaşdırıb: "Barış Alper Yılmaza Çempionlar Liqasındakı çıxışı ilə iki İtaliya nəhənginin diqqətni özünə cəlb edib. "Qalatasaray" "Latsio" və "Napoli"nin 23 yaşlı futbolçu üçün 13 milyon avro təklif verib, ancaq İstanbul klubu bu təklifi eşidər-eşitməz geri çevirib. "Qalatasaray" rəhbərliyi Barış Alper Yılmazın AVRO 2024-dən sonra dəyərinin ən azı 25 milyon olacağını düşünür...".

Xatırladaq ki, "Qalatasaray"ın heyətində 49 rəsmi oyuna çıxan Barış Alper Yılmaz indiyədək 6 qol və 9 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ