Portuqaliyalı məşqçi Fernando Santosla yollarını ayıran "Beşiktaş" rəhbərliyi komandanın sükanını kimə etibar edəcəyini müəyyənləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərə mətbuatı "ağ-qaralar"ın mövsümün sonunda "Liverpul"dan ayrılacaq alman məşqçi Yurgen Kloppun köməkçisi Pepijn Lijnderslə ilkin razılıq əldə etdiyini yazıb.
"The Athletic"in məlumatına görə, Lijnders 2018-ci ildən Kloppun köməkçisidir: "Mövsümün sonunda Klopp "Liverpul"dan ayrılaacq. Bu səbəbdən onun hollandiyalı köməkçisi də özünə yeni karyera qurmaq məcburiyyətindədir. 41 yaşlı gənc məşqçi 2015-18-ci illər arasında Kloppla çalışdıqdan sonra 6 ay "NEC Nijmegen"ə məşqçilik edib. O, 2018-ci ilin yayında yenidən Kloppun yanına dönüb. İndisə o, "Beşiktaş"ın sükanı arxasıan keçmək üzrədir. Mövsüm bitən kimi tərəflər masaya oturub anlaşma imzalayacaqlar".
Fərid Aslan
MİA.AZ