ABŞ İranı növbəti dəfə hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen İranın İsrailə hücumuna münasibətdə söz açıb.
Amerikalı nazir Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının "Bahar Toplantıları" çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, İranın İsrailə hücumu Tehran rejiminin bəd niyyətli və sabitliyi pozan fəaliyyətlərindın qaynaqlanır: "Biz bu rejimin qarşısını almaq üçün daha sərt sanksiyalar üzərində işləyrik. Təbii ki, müttəfiqlərimizlə məsləhətləşmək şərti ilə bunu nəzərdən keçiririk. Hazırda İranın neft ixrac imkanlarını azaltmaq üçün çalışırıq...".
Yellen Qırmızı dənizdəki husi hücumlarının da bölgədə sabitliyi təhdid etdiyini qeyd edib: "Əlbəttə, bu da dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Ancaq bunun genişmiqyaslı olduğunu düşünmürəm..."
Nazir Rusoiyanın dondurulna 300 milyard dolarlıq aktivlərndən də danışıb və o, bu vəsaitin Ukraynanın müdafiəsinə sərf edilmə təklifinə müsbət yanaşdıqlarını gizlətməyib.
Çinlə münasibətlərə toxunan Canet Yellen deyib ki, ABŞ Çinlə ticarəti azaltmağa can atmır: "Belə bir niyətimiz də yoxdur. Əksinə, ABŞ Çinlə güclü ticarət və sərmayələr davam etdirməyin riskli deyil, daha faydalı olacağına inanır...".
Lamiyə Əhmədli
MİA.AZ