İsrail ordusu Livanın cənubunu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın NNA rəsmi agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusuna məxsus PUA-lar Sur şəhərinin Şehabiye qəsəbəsində 2 maşını vurub: "Nəticədə hər iki maşıın yanıb, işində olan ən azı 2 nəfər isə ölüblər".

İsrail ordusu məlumatı təsdiqləyib. Bildirilib ki, bu gün "Hizbullah"ın regional liderlərindən İsmayıl Yusuf Baz Livanın cənubundakı Ayn Baal qəsəbəsində avtomobildə öldürülüb.

Tahir Şəlvəli

MİA.AZ