Redaksiyamıza İmişli bələdiyyəsinin üzvü Ağasəlim Hadıyev tərəfindən müraciət daxil olub.
Müraciətdə A.Hadıyev bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Şirvan 7 saylı Ərazi İdarəsinin rəisi Məhi Qanbayev ona qarşı "şərəf və ləyaqət"in alçaldılmasıyla bağli İmişli ryon Məhkəməsində iddia qaldırıb.

A.Hadıyev yazır ki, 11 iyun 2014 cü -il tarixdə saat 11.00-da məhkəmə başlayıb və məhkəməyə
qədər olan müddət ərzində vəziyyətdən çıxış yolu kimi, Qanbayev onun müxtəlif ünvanlara etdiyi müraciətlərlə bağlı təkzib verməsi üçün rayonun nüfuzlu şəxslərini bu işə cəlb edib.
Eyni zamanda da Qanbayev şəhərin müxtəlif yerlərindən mağaza binası və şirinikləşdirici təkliflər irəli sürərək Hadıyevin bu işdən əl çəkməsini istəyib: "Lakin Məhinin ( M.Qanbayevi nəzərdə tutulur) bu cəhdi baş tutmadı. Məhkəmə sədri qərar qəbul etdi və Məhinin narkotik istifadəçisi olması barədə Səhiyyə Nazirliyinin narkoloji mərkəzinə sorğu unvanlandı.
Əvvəlki müraciətlərimdə qeyd etmişdim ki, univermaq özəlləsdirilib, özü də həyat yoldaşının adına. Ondan sonra isə univermağın torpaq sahəsini özəlləşdirdi. Məhəmməd Qanbayevin iştahası böyük olduğu üçün ərazini vəzifə səlahiyyətlərindən istifadə edərək zəbt etmişdir. Mağazanın texniki pasportunda ümumi torpaq sahəsi 1508 kv.m olmasına baxmayaraq, 1620 kv. m torpaq sahəsini çəpərləmiş və beləliklə 120 kv.m torpaq sahəsini heç bir hüquq müəyyən edici sənəd olmadan zəbt etmişdir. Beləliklə Məhəmməd Qanbayev Prezidentin 19-12-1997 tarixli 659 sayli fərmanını kobud surətdə pozmuşdur”.

Hadıyev elektron ünvanımıza göndərdiyi müraciətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova da səslənib.
"Hörmətli Kərəm Müəllim!
Sizin komitənin tabeliyində olan bir idarə rəisinin Cənab prezidentimizin verdiyi fərmanın pozmasına sərt reaksiya verəcəyinizə əminəm və günahkarın tezliklə cəzalanmasına böyük ümüdlər bəsləyirəm”.
Vətəninfo.az