Məşhur aktyor Metin Akpınarın qızı Duyğu Nebioğlu tanınmış telejurnalist Uğur Dündarı ölkə gündəminə gətirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, “Sabah” qəzetinə müsahbəsində “Bacılarımdan birinin atası media dünyasından çox məşhur bir şəxsdir" sözü ilə ölkəninn gündəmində "zəlzələ" yaradıb.

Aktyordan doğulması DNT analizləri ilə təsdiqlənən Duyğu Nebioğlu etiraf edib ki, anasının 6 uşağından 4-ü nigahdan kənar doğulub...

Onun bu iddiasından qısa müddət sonra isə həmin uşağın atasının telejurnalist Uğur Dündar olması barədə xəbərlər tirajlanıb.

Uğur Dündar isə ona qarşı iddiaları təsdiqləməyib. O, bu işin məhkəmə qərarı ilə gizli saxlanılmalı olduğunu qeyd edərək bildirib ki, madam, məsələ açılıb, o zaman həqiqəti demək borcudur: "Məhkəmə qərarı ilə DNT araşdırmasını tamamlanıb və bu iddia rədd olunub..."

Ləman

MİA.AZ